Şəhid ailəsi statusunun verilməsi qaydası DƏYİŞİB 

14:21 16.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Fövqəladə Hallar Nazirliyinin verdiyi arayışlarla da təsdiq olunacaq.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

 

Fövqəladə Hallar Nazirliyinin şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər.